Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərhad Məmmədov: Almaniya yaşıl enerji layihəsinin genişləndirilməsinə böyük maraq göstərir

19.11.2025 [18:14]

Xəbərin mətni

Bildiyiniz kimi, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan tərəfindən həyata keçirilir. Burada əsasən Azərbaycanda istehsal olunan 4 giqavat gücündə yaşıl enerjinin 2040-cı ilədək Avropa bazarlarına ixrac edilməsi nəzərdə tutulur. Layihəyə əsasən bunun üç mərhələdə - birinci fazanın 2032-ci, ikinci mərhələnin 2036-cı, üçüncü fazanın isə 2040-cı ildə həyata keçirilməsi nəzərdə tutulur. Bunu Berlində “Xəzər dənizi-Qara dəniz Yaşıl Enerji Dəhlizi” ilə bağlı təqdimatla çıxış edən “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin baş direktoru Fərhad Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.