Azərbaycan Dövlət İnformasiya Agentliyi

ITU rəsmisi: Azərbaycan süni intellektin tətbiqi sahəsində regionda lider olmaq üçün ciddi addımlar atır

19.11.2025 [19:32]

Xəbərin mətni

Hesab edirəm ki, Azərbaycan süni intellekt sahəsində çox mühüm addımlar atıb. Bu ilin noyabrında ölkənin süni intellekt strategiyasının təsdiqlənməsi böyük irəliləyişdir. Bundan əlavə, AI Akademiyasının yaradılması, eləcə də Bakıda şəhər mobilliyinin yaxşılaşdırılması üçün rəqəmsal əkiz texnologiyasından istifadəyə başlanılması süni intellektin real tətbiqinə doğru atılmış ciddi addımlardır. Azərbaycanı bu liderliyə görə təbrik edirik. Bu prosesin davam etdirilməsi üçün beynəlxalq müzakirələrə, xüsusilə süni intellekt üzrə standartların, idarəetmə mexanizmlərinin və ITU-nun “AI for Good” proqramı çərçivəsində bacarıqlar koalisiyasının formalaşdırılmasına daha aktiv qoşulmaq vacibdir. Bu barədə AZƏRTAC-a müsahibəsində Cenevrədə yerləşən Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya Standartlaşdırma Bürosunun direktor müavini və Tədqiqat qrupları və siyasət departamentinin rəhbəri Bilel Jamoussi deyib.