Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə tədbir və “Kölgəsiz dünya” sənədli filminin təqdimatı keçirilib
19.11.2025 [20:42]
Xəbərin mətni
Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir və miniatür sənətinin incəliklərini əks etdirən “Kölgəsiz dünya” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.