Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aktotı Raimkulova: “Kölgəsiz dünya” filmi ortaq mədəni irsimizin bir parçası olan miniatür sənətinə həsr olunub

19.11.2025 [22:05]

Xəbərin mətni

Bizim üçün böyük məmnuniyyətdir ki, bu gün Beynəlxalq Muğam Mərkəzində təşkil etdiyimiz şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir çərçivəsində çox əlamətdar bir tarixi — Azərbaycan xalqının, eləcə də bütün Türk dünyasının Zəfərini qeyd edirik. 44 günlük Vətən müharibəsində qazanılan bu Qələbənin beşilliyi hər birimiz üçün böyük sevinc və qürur mənbəyidir. Bunu AZƏRTAC-a müsahibəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib.