Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcraçı direktor: TƏBİB-in əsas hədəfi idarəetmə sisteminin elektronlaşdırılmasıdır

20.11.2025 [15:24]

Xəbərin mətni

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əsas hədəfi idarəetmə sisteminin elektronlaşdırılmasından ibarətdir. Bəzən xəstəxanalarda elektron növbə ilə bağlı problemlərə rast gəlinir. Ancaq bu, tək TƏBİB-lə bağlı deyil. Elektron növbə sistemi digər qurumlara da inteqrasiya edilib. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Hematologiya - Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışına dair keçirilən brifinqdə deyib.