2026-cı ildə təhsilimizə bu qədər vəsait ayrıldı
20.11.2025 [17:47]
Xəbərin mətni
2026-cı ildə elm və təhsil sahəsinə dövlət büdcəsindən 5,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu, ötən illə müqayisədə 1,6 faiz, 2024-cü ilə nisbətdə isə 14,3 faiz çoxdur. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyevanın sözlərinə görə gələn il elm və təhsil üçün ayrılan büdcə müdafiə və təhlükəsizlik sahələrindən sonra ən böyük xərclərdir.