Lesotonun rabitə naziri: Bakıda keçirilən WTDC-25 konfransı 2025-ci il üçün çox ilhamverici oldu
20.11.2025 [18:25]
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) 2025-ci il üçün çox ilhamverici oldu. Konfransın 2025-ci il üzrə mövzusu xüsusi əhəmiyyət kəsb edən inklüzivliyi ön plana çıxarır. İnklüzivlik Lesoto kimi hələ də yoxsulluq, zəif təhsil və infrastruktur çatışmazlığı ilə mübarizə aparan ölkələr üçün çox vacibdir. AZƏRTAC xəbər verir ki, bunu Lesoto Krallığının rabitə, elm və texnologiya naziri Nthati Moorasi deyib. O qeyd edib ki, rəqəmsal transformasiya yalnız inkişaf etmiş ölkələri deyil, inkişaf etməkdə olan və tərəqqiyə can atan dövlətləri də əhatə etməlidir. Lesotoda hazırda rəqəmsal strategiyaların hazırlanması, kibertəhlükəsizlik üzrə addımlar, müvafiq qanunvericiliyin formalaşdırılması istiqamətində işlər aparılır.