Pakistanlı nazir D-8 üzvləri üçün dezinformasiya ilə mübarizədə vahid platformanın yaradılmasını təklif edib
21.11.2025 [16:11]
Xəbərin mətni
Azərbaycan D-8-in tamhüquqlu üzvü olduqdan sonra bu təşkilata verdiyi dəstəyi dəfələrlə nümayiş etdirib. Çünki təşkilatın inkişafı üçün irəli sürülən təşəbbüsləri doğru istiqamətdə həyata keçirmək mühüm əhəmiyyət kəsb edir və artıq bunun üçün vaxt yetişib. Bu prosesdə əməkdaşlıq əsas amillərdən biridir. Bu sözləri Pakistanın federal informasiya və yayım naziri Attaullah Tarar D-8 Media Forumunun açılış mərasimində deyib.