Misir rəsmisi: D-8 Media Forumu media sahəsində əlaqələrin inkişafı baxımından əhəmiyyətli platformadır
21.11.2025 [16:59]
Xəbərin mətni
D-8 təşkilatına üzv dövlətlər arasında dialoqun, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi naminə sıx əməkdaşlığa böyük ehtiyac var. Bu, qlobal arenada apardığımız ardıcıl səylərə mühüm töhfə verən strateji addımdır. Bu sözləri Misir Ərəb Respublikasının Kütləvi İnformasiya Vasitələrinin Tənzimlənməsi üzrə Ali Şurasının sədr müavini Essam Alamir İsmayıl Xəlil D-8 Media Forumunun açılış mərasimində deyib.