Baş Prokurorluq: Yasamalda 3 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi üzrə təqsirləndirilən vəzifəli şəxs həbs edilib
24.11.2025 [19:46]
Xəbərin mətni
Xəbər verildiyi kimi, noyabrın 21-də paytaxtın Yasamal rayonunun Mirəli Seyidov küçəsindəki çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.