Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Şəfiyev: Regionda həm Azərbaycan, həm də Türkiyə üçün mühüm proseslər baş verir

25.11.2025 [10:47]

Xəbərin mətni

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Türkiyədə fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə iki ölkənin düşüncə mərkəzlərini bir araya gətirən forumun Şuşada keçirilməsi həm rəmzi, həm də siyasi əhəmiyyət daşıyır. Çünki məhz Şuşada Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Bəyannamə qəbul olunub. Bu sözləri Şuşada keçirilən forumda jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.