Davud Rüstəmov: Artıq ölkənin kritik informasiya sistemlərində müasir arxitektura və topologiya formalaşdırılıb
26.11.2025 [19:02]
Xəbərin mətni
Son illərdə kibertəhdidlərin qlobal miqyasda artması dünya iqtisadiyyatına milyardlarla dollar zərər vurmaqla yanaşı, gündəlik həyatın bütün sahələrində təhlükəsizlik risklərini ciddi şəkildə artırır. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışı zamanı deyib.