Medianın İnkişafı Agentliyinin departament direktoru: Azərbaycan TDT-yə üzv dövlətlərlə media sahəsində fəal əməkdaşlıqda maraqlıdır
27.11.2025 [11:56]
Xəbərin mətni
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi təşkilatlardan biridir. Türk dünyası isə Azərbaycanın ailə hesab etdiyi bir platformadır. Bu çərçivədə əməkdaşlığımız həmişə prioritet istiqamətlər üzrə həyata keçirilib. Bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclasında Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib.