Azərbaycan və İordaniya əczaçılıq sahəsində müştərək layihə icra edə bilər
27.11.2025 [14:31]
Xəbərin mətni
İordaniya ilə əczaçılıq sahəsində müştərək layihələrimiz ola bilər. Bu barədə maliyyə naziri Sahil Babayev Azərbaycan və İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində keçirilən brifinqdə deyib.