Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abşeron rayonunda 4 marketdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

27.11.2025 [14:49]

Xəbərin mətni

Abşeron rayonunda yerləşən marketlərdə silsilə talama cinayətləri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray qəsəbəsindəki marketlərə daxil olaraq 9 min 270 manat nağd pul, 580 manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya biletləri oğurlayıb.