Rəvan Səmədli: Aqrar Sığorta Fondu tərəfindən təsərrüfatçılara indiyədək 20 milyon manata yaxın ödəniş edilib
27.11.2025 [16:10]
Xəbərin mətni
Bu vaxta kimi Aqrar Sığorta Fondu tərəfindən təsərrüfatlara dəymiş zərərlə bağlı 20 milyon manata yaxın ödəniş olunub. Hazırda isə 2025-ci ilin zərər ödənişləri tənzimlənmə mərhələsindədir və ödənişlər davam edir. Bunu media nümayəndələrinə müsahibəsində Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.