Alptekin Cihangir İşbilir: Artıq peyk və kosmik texnologiyalar media ekosisteminin ayrılmaz hissəsinə çevrilib
27.11.2025 [18:31]
Xəbərin mətni
Siz çox yaxşı media ekosistemi qura, yüksək peşəkar jurnalistlər yetişdirə bilərsiniz, lakin əgər kosmosda, yəni, peyk texnologiyalarında mövcud deyilsinizsə, təəssüf ki, Yer üzərində də tam güclü informasiya mövqeyinə sahib ola bilməzsiniz. Bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu çərçivəsində keçirilən panel sessiyada Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir deyib.