Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ferhat Pirinççi: TDT-nin qəbul etdiyi qərarların icrasında Azərbaycanın rolu həlledici olacaq

28.11.2025 [13:56]

Xəbərin mətni

Türk Dövlətləri Təşkilatının (TDT) Bakıda keçirdiyi informasiya üzrə yüksəkvəzifəli rəsmilərin toplantısını az əvvəl yekunlaşdırdıq və 2026-cı ildə Türk Dövlətləri Təşkilatının hansı sahələrdə hansı addımları atacağına dair qərarı hamımız birlikdə yekdilliklə imzaladıq. Bundan sonrakı mərhələdə isə tədbirə ev sahibliyi edən Azərbaycanın ortaya qoyduğu qərarların səmərəli şəkildə icrası dayanır. AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi noyabrın 28-də jurnalistlərə açıqlamasında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI