Ömer Kocaman: Türk dövlətlərinin ortaq media platformasının yaradılması istiqamətində ciddi addımlar atılır
28.11.2025 [13:59]
Xəbərin mətni
Azərbaycan Türk dünyasında əməkdaşlığın və qardaşlığın möhkəmləndirilməsində hər zaman kilid rol oynayıb. Təşkilatımızın məhz Naxçıvanda qurulması bunun ən bariz nümunələrindən biridir. Bu gün Türk dövlətləri arasında 55-dən çox istiqamətdə əməkdaşlıq həyata keçirilir və bu, həm bölgəmiz, həm də bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında TDT-nin Baş katibinin müavini Ömer Kocaman deyib.