Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səbuhi Əhmədov: Yeni kitab seriyası Azərbaycanın mədəni irsinin dünyaya çatdırılmasına kömək edir

28.11.2025 [14:24]

Xəbərin mətni

Təqdim olunan kitablarda Azərbaycanın tarixi və mədəniyyəti, həmçinin mühüm bir missiya olan ölkəmizin mədəni irsinin xaricdə tanıdılması öz əksini tapıb. Biz, şübhəsiz ki, ümumilikdə öz tariximizi və mədəniyyətimizi bilirik, lakin hələ də az araşdırılmış və əlavə elmi tədqiqat tələb edən kifayət qədər səhifələr mövcuddur. Bu baxımdan bu kimi kitab seriyalarının illər boyunca müntəzəm və sistemli şəkildə nəşr olunması xüsusilə önəmlidir. Bu fikri seriyanın elmi redaktoru, tarix elmləri namizədi Səbuhi Əhmədov bildirib.