Anar Əliyev: MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan minimum pensiyada birinci yerdə qərarlaşıb
28.11.2025 [14:28]
Xəbərin mətni
Azərbaycanda 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə yükü 7,6 milyard manat təşkil edir. Bu dövrdə əmək müqavilələrinin sayı 44% artaraq 1,9 milyona çatmış, sosial rifahın ən bariz göstəricilərindən biri olan əməkhaqqı fondu isə ölkə üzrə 3,2 dəfə artıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda ilk dəfə keçirilən “Gələcəyin Peşələri Sammiti: Bakı-2025”də çıxış edərkən deyib.