Azərbaycanda utilizasiya prosesi sürətlənir: 1957-ci ilin “Pobeda”sından ağır texnikaya qədər – REPORTAJ
28.11.2025 [17:47]
Xəbərin mətni
Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı artıq bir ildən çoxdur ki həyata keçirilir və bu müddətdə ölkənin avtomobil parkında nəzərə çarpacaq yenilənmə baş verib.