AYNA “Şamaxinka” ilə bağlı işlərə başlayır, tıxac azalacaq?
28.11.2025 [18:07]
“Şamaxinka” adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir. 20 Yanvar küçəsinin Moskva prospekti ilə Asif Məhərrəmov küçəsi arasındakı hissəsində iki yol sahəsi mövcud olsa da, onlardan biri istifadə olunmadığı üçün kəsişmənin tutumu və buraxıcılıq qabiliyyəti aşağı düşür. İstifadəsiz qalan yol sahəsində müşahidə olunan qanunsuz parklanma isə hərəkət iştirakçılarının nizamlı və fasiləsiz hərəkətinə ciddi maneə yaradır.