Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sevgi ilə böyüyən ümidlər: daun sindromlu Harun, Əhməd və Yusifin hekayəsi

01.12.2025 [11:55]

Xəbərin mətni

Daun sindromlu Harun, Əhməd və Yusif müxtəlif bacarıqları ilə heç də digər uşaqlardan fərqlənmirlər. Onlar rəqs etməyi, mahnı oxumağı və şeir söyləməyi bacaran, səmimi gülüşləri ilə insanları heyran edən və həyat eşqi ilə fərqlənən üç möhtəşəm uşaqdır. Onların həyata pozitiv baxışları hər kəsə ilham verəcək.