Rasim Musabəyov: Nəhayət, Minsk qrupunun qalıqları aradan götürüldü
01.12.2025 [14:38]
Əslində Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsi ilə uzun müddətdir məşğul olmurdu. Onun əsas missiyası münaqişənin hərbi müstəviyə keçməsinin qarşısını almağa yönəlmiş müəyyən səylər göstərmək idi. Bu səylər də nəticə vermədi, çünki sonda hərbi əməliyyatlar bərpa olundu və İkinci Qarabağ müharibəsi başlayaraq Azərbaycanın qələbəsi ilə başa çatdı. Bunu Milli Məclisin deputatı Rasim Musabəyov ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmən dayandırılması ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.