Nazir müavini: UNESCO-nun siyahısında Azərbaycan 23 irs nümunəsi ilə 5-ci yerdə qərarlaşıb
02.12.2025 [12:16]
Prezident İlham Əliyevin həyata keçirdiyi milli mədəniyyət siyasətinin mərkəzində mədəni dəyərlərimizin qorunması, təbliği və gənc nəslə aşılanması dayanır. Azərbaycan həm maddi, həm də qeyri-maddi mədəni irs baxımından olduqca zəngin bir ölkədir və bu, təkcə sözlə deyil, beynəlxalq təşkilatların rəsmi siyahılarında da öz əksini tapır. Məsələn, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında Azərbaycan 193 ölkə arasında 23 irs nümunəsi ilə 5-ci yerdə qərarlaşıb. Bu fakt ölkəmizin ərazi və əhali baxımından kiçik olmasına baxmayaraq, mədəniyyət sahəsində dünyada bir çox ölkələri geridə qoyduğunu göstərir. Bu sözləri Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov “Həmkarlarla 120 il” yubiley tədbirində söyləyib.