Svetlana İmankulova: Qazaxıstan və Azərbaycan dərin mənəvi bağlara malik iki dost və tərəfdaş ölkədir
02.12.2025 [12:39]
Xəbərin mətni
Qazaxıstan və Azərbaycan yaxın tarixi köklərə, oxşar mədəniyyətlərə və dərin mənəvi bağlara malik iki dost və tərəfdaş ölkədir. Bugünkü forum həmkarlar ittifaqları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və yeni təşəbbüslərin birgə inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Bu sözləri Qazaxıstanın Mədəniyyət, İdman, Turizm və İnformasiya Sahəsi İşçilərinin Sənaye Həmkarlar İttifaqı İctimai Birliyinin sədri Svetlana İmankulova “Həmkarlarla 120 il” yubiley tədbirində söyləyib.