Hafiz Səfixanov: Mina qurbanları üçün iqtisadi imkanlar yaradacaq layihəyə başlayırıq
02.12.2025 [14:43]
Xəbərin mətni
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi mina qurbanları üçün iqtisadi imkanlar yaradacaq layihəyə başlayır. Bu barədə Cenevrə şəhərində keçirilən minalar əleyhinə konvensiyanın 22-ci konfransı və ictimaiyyətə təqdim olunan “Landmine Monitor Report 2025” hesabatına həsr olunmuş mətbuat konfransında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.