Nazir: Növbəti il icmal büdcəmizin üçdə ikisini qeyri neft-sektorunun hesabına təmin edəcəyik
02.12.2025 [17:44]
Xəbərin mətni
2026-cı ilin icmal büdcəsində Azərbaycanda qeyri-neft gəlirlərinin payı cari illə müqayisədə 5 faiz bənd artaraq 63 faizə çatacaq. Demək olar ki, biz növbəti il icmal büdcəmizin üçdə ikisini qeyri neft-sektorunun hesabına təmin edəcəyik. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında deyib.