Nəsimi rayonunda narkokuryerdən 13 kiloqram marixuana aşkarlanıb
02.12.2025 [18:19]
Xəbərin mətni
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı əvvəllər də narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş 38 yaşlı Elvin Əliyev saxlanılıb.