Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pensiyaların hesablanması qaydaları yenilənib

02.12.2025 [19:13]

Zərərli və ağır işlərdə çalışan şəxslər pensiyaya daha tez çıxa biləcəklər. Bu kateqoriyalara aid sahələrdə azı 12 il 6 ay iş stajı olan kişilər və azı 10 il stajı olan qadınlar yaş həddindən beş il əvvəl əmək pensiyası hüququ qazanırlar. Əvvəllər bu hüququ reallaşdırmaq üçün vətəndaşın işlədiyi müəssisə tərəfindən arayışın təqdim edilməsi tələb olunurdu. Bu isə xüsusilə fəaliyyəti dayandırılmış müəssisələrdə çalışan şəxslər üçün ciddi çətinlik yaradırdı.