Şahin Məlikov: Şəki qarşıdakı illərdə Azərbaycanın əsas turizm destinasiyalarından biri kimi inkişaf edəcək
02.12.2025 [19:49]
Xəbərin mətni
Şəki həm ölkə, həm də dünya mədəni elementlərinin və tarixi abidələrinin ən çox cəmləşdiyi bölgələrdən biridir. Rayon eyni zamanda aqroturizm və ekoturizm istiqamətində də ciddi potensiala malikdir. Bunu AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov deyib.