Zahid Oruc: Prezident İlham Əliyev müharibəni həm də elmlə qazandığımızı bütün dünyaya nümayiş etdirdi
03.12.2025 [13:18]
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun və dövlətçilik ideyalarının layiqli davamçısı kimi Prezident İlham Əliyev ölkənin elmi inkişafına strateji yanaşma ortaya qoydu. Bu siyasətin məqsədi yalnız bilik və informasiya toplamaq deyil, həm də xalqı müharibəyə intellektual, ideoloji və siyasi cəhətdən hazırlamaq idi. Gənclərin xaricdə nüfuzlu elmi mərkəzlərdə təhsil almasına şərait yaradılması isə 1970-1980-ci illərdə formalaşmış uğurlu siyasi xəttin müasir dövrdə ardıcıl şəkildə davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masada söyləyib.