Kəmaləddin Heydərov: FHN beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verir
03.12.2025 [14:57]
Xəbərin mətni
Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq konfransının ölkəmizdə keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu tədbir yalnız peşəkarların görüş platforması deyil, həm də fövqəladə hallarla mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi baxımından mühüm addımdır. Bu sözləri Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq konfransında Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.