Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad İsmayılov: Yeni yanaşmalarımız bərpa və inkişaf proseslərinin planlaşdırılması üçün nümunəvi model kimi qəbul olunur

03.12.2025 [16:33]

Xəbərin mətni

Azərbaycanda xəritəçilik sahəsi uzun və zəngin inkişaf yolu keçib, müxtəlif dövrlərin elmi-texniki nailiyyətləri ilə daha da zənginləşib. Bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclasında çıxışı zamanı deyib.