Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının yarışları gələn il Azərbaycanda keçiriləcək

03.12.2025 [17:11]

Xəbərin mətni

Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının yarışları gələn il Azərbaycanda keçiriləcək. Bu sözləri Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq konfransında federasiyanın prezidenti Aleksandr Çupriyan deyib.