Murad Nəcəfbəyli: Geodeziya, kartoqrafiya, coğrafi informasiya sistemləri sahəsində birgə fəaliyyət TDT ölkələri üçün yeni imkanlar açır
03.12.2025 [17:14]
Geodeziya, kartoqrafiya, coğrafi informasiya sistemləri sahəsində birgə fəaliyyət ölkələrimiz üçün yeni imkanlar açır: Xüsusilə 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu öncəsi bu sahədə əməkdaşlığın güclənməsi böyük əhəmiyyət daşıyır. Bu, həm də Azərbaycanın ətraf mühitin qorunması, həmçinin davamlı inkişaf istiqamətində ardıcıl addımlar atdığını bir daha göstərir. İnanıram ki, bugünkü iclas uğurlu olacaq və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Bunu Nazirlər Kabinetinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinin rəhbəri Murad Nəcəfbəyli Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclasında çıxışı zamanı deyib.