Rahimjan İmantayev: Geodeziya, kartoqrafiya və məkan məlumatlarının inkişafı üzrə növbəti görüş Qazaxıstanda keçiriləcək
03.12.2025 [19:11]
Xəbərin mətni
Bu gün biz Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində geodeziya, kartoqrafiya və məkan məlumatlarının inkişafı ilə bağlı görüşürük. Bu platforma bizə hər bir ölkədə mövcud olan həlləri müzakirə etmək, texnologiyalar mübadiləsi aparmaq və digər iqtisadi sektorları inkişaf etdirmək imkanı verir. Bu, TDT-nin təcrübə mübadiləsi və türkdilli dövlətlərin qarşısında duran məsələlərlə bağlı birgə iş üçün əhəmiyyətli platformasıdır. AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikası Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin Milli Geodeziya və Məkan İnformasiyaları Mərkəzinin baş direktoru Rahimjan İmantayev jurnalistlərə açıqlamasında deyib.