Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranda “Səyyar sağlam həyat” günləri - kütləvi açıq idman tədbiri keçirilib

03.12.2025 [19:22]

Xəbərin mətni

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Səyyar sağlam həyat” günləri layihəsi çərçivəsində Lənkəran şəhər Həzi Aslanov parkında növbəti kütləvi açıq idman tədbiri baş tutub. Aksiyanın əsas məqsədi əhalini sağlam həyat tərzinə təşviq etmək, idmanın müxtəlif növlərinə marağı artırmaq və vətəndaşlar arasında fiziki aktivliyi genişləndirmək olub.