Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vali: Zəngəzur dəhlizi həm Naxçıvan, həm də İğdır, Qars, Ardahan, Ağrı və Ərzurum üçün böyük iqtisadi imkanlar açır

03.12.2025 [19:59]

Xəbərin mətni

Naxçıvanda olmaqdan duyduğum sevinc və həyəcanı xüsusi ifadə etmək istəyirəm. Qars və İğdır valilərimiz, ticarət palatası rəhbərlərimiz, sektor təmsilçilərimiz və Azərbaycanın Naxçıvandakı dəyərli nümayəndələri ilə birgə çox önəmli bir forum keçirdik. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ardahan valisi Hayrettin Çiçek deyib.