COP29-un əsas nailiyyətlərindən biri də COP31-in Türkiyədə keçirilməsi üçün Azərbaycanın oynadığı vasitəçi roludur
03.12.2025 [20:32]
Xəbərin mətni
Azərbaycanın COP29-da sədrliyinin iki ili həm ölkə, həm də qlobal iqlim prosesi üçün əhəmiyyətli nəticələrlə yadda qalıb. COP prosesi BMT sistemində xüsusi nüfuzu olan, dünya üzrə ən geniş və birləşdirici mövzulardan biridir. Azərbaycan bu böyük və məsuliyyətli missiyanı üzərinə götürərək ikinci ən böyük COP-a ev sahibliyi edib və bu müddətdə yüksək təşkilatçılıq, effektiv danışıqlar və inklüzivlik baxımından nümunəvi nəticələr əldə olunub. AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai səsləndirib.