Dövlət Komitəsi Böyük Qayıdışla bağlı fləş-mob keçirib
04.12.2025 [12:17]
Xəbərin mətni
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Proqramının icrası ölkə Prezidentinin tapşırığına əsasən sürətlə davam edir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir və hazırda həmin ərazilərdə 62 mindən çox vətəndaş yaşayır, çalışır və fəaliyyət göstərir. Qayıdış prosesinin uğurla icrası ölkə ictimaiyyətində böyük maraq və məmnunluqla qarşılanır.