Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qiyməti 5–10 manat arasında dəyişir - alıcı marağı böyükdür

04.12.2025 [16:24]

Xəbərin mətni

Ölkəmizdə sitrusçuluğun əsas mərkəzlərindən biri kimi tanınan Lənkəranda artıq bir neçə ildir subtropik bitki olan hallabonq (dekopon) meyvəsi yetişdirilir. Cənubi Koreyada xüsusi seleksiya yolu ilə əldə olunan bu meyvə aromatik dadı, şirəliliyi və yüksək məhsuldarlığı ilə seçildiyi üçün dünya bazarında böyük tələbat var.