Nazir müavini: "Ədliyyə Könüllüləri" hərəkatı gənclərimizin hüquqi savadlılığının artırılmasına mühüm töhfə verir
04.12.2025 [17:40]
Xəbərin mətni
Hər il ölkəmizdə "Könüllülər Günü" geniş miqyasda qeyd olunur. Bu, Azərbaycan gəncliyinə göstərilən diqqətin, dövlətimizin gənclər siyasətinə verdiyi yüksək dəyərin daha bir təcəssümüdür. Azərbaycan Könüllülərinin VIII Forumunun Həmrəylik Forumu adlandırılması da olduqca əhəmiyyətlidir. Həmrəylik fikri hər birimizin içində daşıdığı bir məsuliyyət hissidir. Könüllülər isə bu məsuliyyətin ən fəal və fədakar daşıyıcılarından biri hesab olunur. Bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda çıxış edərkən deyib.