Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda könüllülük fəaliyyəti 40 min 463 nəfəri əhatə edəcək

04.12.2025 [17:43]

Xəbərin mətni

İlin yekununda Azərbaycanda könüllü sayı bütün fəaliyyətləri başa vurmaqla 40 min 463 nəfəri əhatə edəcək. Bunlardan 15 min 376 nəfəri kişi, 25 min 87-si qadınlardır. Bu rəqəmləri faiz nisbətində göstərsək, onların 32 faizi kişilər, 68 faizi isə qadınlardır. Beləliklə, qadınlar könüllülük fəaliyyəti üzrə üstünlük təşkil edirlər. Bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda çıxış edərkən deyib.