Şamil Ayrım: Qərbi azərbaycanlıların geri dönüşü beynəlxalq insan hüquqlarının fundamental prinsiplərindəndir
05.12.2025 [14:13]
Xəbərin mətni
Qərbi azərbaycanlıların geri dönüşü beynəlxalq insan hüquqlarının fundamental prinsiplərindən biridir. BMT-nin İnsan Hüquqları Ümumdünya Bəyannaməsinin 13-cü maddəsi hər bir insanın öz ölkəsinə qayıtmaq hüququnu açıq şəkildə təsbit edir. Lakin bu hüquq yalnız fiziki qayıdışı nəzərdə tutmur. Həqiqi geri dönüş insanın təkcə yurduna deyil, kimliyinə, yaddaşına, mədəniyyətinə və mənəvi irsinə qovuşması deməkdir. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfransda söyləyib.