Azərbaycan Dövlət İnformasiya Agentliyi

Agentlik rəsmisi: Bu ildən tarlaqoruyucu zolaqların salınması üçün fermerlərə dövlət dəstəyi ayrılıb

05.12.2025 [16:39]

Xəbərin mətni

Kənd təsərrüfatı sektorunda biomüxtəlifliyin qorunması istiqamətində yeni təşəbbüslər həyata keçirilir. Bu çərçivədə 2025-ci ildən etibarən tarlaqoruyucu zolaqların salınması üçün fermerlərə dövlət dəstəyi ayrılıb. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Layihə və proqramlar şöbəsinin müdiri Aqşin Quliyev dekabrın 5-də FAO-nun 80 illiyi münasibətilə Balaxanıda Ümumdünya Torpaq Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.