Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik
06.12.2025 [16:17]
Xəbərin mətni
D-8 Gənclər Dialoquna ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarlığımı bildirirəm. D-8 Gənclər Dialoqunun fiziki formatda təşkil olunması bizi olduqca sevindirir. Üzv ölkələrin gənc nümayəndələrinin buraya toplaşması isə tədbirin əhəmiyyətini daha da artırır. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam deyib.