Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsuda dağılan istinad divarları yenidən tikiləcək, yol bərpa olunacaq

06.12.2025 [16:28]

Xəbərin mətni

Yaz aylarında Ağsu çayına gələn güclü sel rayonun Maşadqanlı kəndinə gedən avtomobil yoluna ciddi ziyan vurub. Selin yaratdığı güclü axın nəticəsində yolun müəyyən hissələri tamamilə dağılıb, çayla yol arasında yerləşən beton istinad divarları yararsız vəziyyətə düşüb. Bunun nəticəsində kəndlə rayon mərkəzinin nəqliyyat əlaqəsi bir müddətlik tamamilə kəsilmişdi.