Seyid Abbas Əraqçi: İran-Azərbaycan əlaqələrini daha da inkişaf etdirmək istəyirik
08.12.2025 [16:38]
Xəbərin mətni
Biz Azərbaycan–İran əlaqələrini daha da inkişaf etdirmək istəyirik, Şimal–Cənub və digər nəqliyyat dəhlizlərini gücləndirməyi planlaşdırırıq. Bundan əlavə, enerji sahəsində mövcud əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Bu fikirləri İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən brifinqdə bildirib.